Meksikada hərbçilərlə cinayətkarlar arasında toqquşma: 19 nəfər ölüb

Meksikanın Gerrero ştatında hərbçilərlə cinayətkarlar arasında baş verən toqquşmalarda 19 nəfər həlak olub.

Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsia Harfuş məlumat verib.

"Hücum zamanı 17 silahlı zərərsizləşdirilib, 11-i həbs edilib. İki bələdiyyə polisi öldürülüb, dördü yaralanıb", - deyə nazir bildirib.

Qarsia Harfuş qeyd edib ki, hücum edənlər səhər saatlarında rəqib qruplaşmaya hücum etməyi planlaşdırmışdılar.

0.072175025939941