Çempionlar Liqası: "Milan" ilk qələbəsini qazandı

UEFA Çempionlar Liqasında III turun oyunları keçirilir.

Xeber-ps.com xəbər verir ki, "Milan" ev oyununda "Brügge"ni sınağa çəkib.

Qonaqlar matçın 40-cı dəqiqəsindən azlıqda qalıblar. Meydan sahiblərinin say üstünlüyü yekun hesabda da öz əksini tapıb - 3:1. Reynders dublla yadda qalıb.

Beləliklə, "Milan" turnirdə ilk 3 xalını qazanaraq hazırda turnir cədvəlində 18-ci yeri tutur. Onun rəqibi isə eyni xalla 24-cü yerdədir.

Digər görüşdə "Monako" doğma meydanda "Srvena Zvezda"nı 5:1 hesabı ilə məğlub edərək 7 xalla turnir cədvəlində liderliyi ələ keçirib. Serb klubu isə xalsız qalaraq sonuncu 35-ci pillədə qərarlaşıb.

0.062684059143066