"Hizbullah" Netanyahunun evinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürdü

Livanın "Hizbullah" hərəkatı oktyabrın 19-da İsrail Baş naziri Benyamin Netanyahunun görə məsuliyyəti öz üzərinə götürüb.

Xeber-ps.com-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın informasiya xidmətinin rəhbəri Muhəmməd Afif Beyrutda keçirilən mətbuat konfransında bildirib.

"İslami Müqavimət Qeysəriyyədəki əməliyyata və hərbi cinayətkar Netanyahunun evinə hücuma görə tam və müstəsna məsuliyyəti öz üzərinə götürür" , - deyə Afif vurğulayıb.

O əlavə edib ki, İsrail baş nazirinə qarşı sui-qəsd cəhdinin uğursuz olmasına baxmayaraq, "Hizbullah" bununla kifayətlənməyəcək.

Afif, həmçinin hərəkatın "potensialının əhəmiyyətli hissəsini" bərpa etdiyini, yəhudi dövlətinin şimal və mərkəzi rayonlarına hücumları gücləndirmək niyyətində olduğunu bildirib.

0.07023286819458