Azərbaycanın bəzi rayonlarında yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın cənub rayonlarında yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək.

Xeber-ps.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran-Astara bölgəsində oktyabrın 23-də fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü yağışların, dolunun düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.

0.076265096664429