Mask ABŞ-nin müflisləşəcəyini proqnozlaşdırıb

ABŞ-li mühəndis və milyarder İlon Mask dövlət xərclərinin eyni yüksək səviyyədə qalacağı təqdirdə Birləşmiş Ştatların müflisləşəcəyini proqnozlaşdırıb.

Xeber-ps.com bildirir ki, Mask bu barədə özünün "X" sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

"Əgər hökumət dövlət xərclərini radikal şəkildə azaltmasa, ABŞ çox maliyyə öhdəliyi götürmüş insan kimi faktiki olaraq müflisləşəcək", - deyə biznesmen xəbərdarlıq edib.

Mask abunəçilərinə kreditləşmənin bəzi incəliklərini izah edib. Onun sözlərinə görə, istənilən borclanmada sonradan ödənişlərin əsas hissəsini borc faizləri təşkil edir.

"Onlar (faizlər - red.) vergi ödəyicilərindən büdcəyə daxil olan bütün vəsaitləri sürətlə udmağa meyillidirlər. Ölkənin kritik ehtiyacları üçün isə heç nə qalmır", - deyə Mask xəbərdarlıq edib.

0.089359998703003