Bakının Sabunçu rayonu ərazisində yağış sularının tunelə dolması nəticəsində batan iki nəfərdən birinin cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən sudan çıxarılıb. Digər şəxsin axtarışları davam edir.
Bu barədə Xeber-ps.com-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi FHN-in əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.
Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış itkisiz ötüşməyib.
Xeber-ps.com-ın əldə etdiyi məlumata görə, paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.
Xatırladaq ki, həmin tuneldə "Ford" markalı avtomobil də batıb.
Məhərrəm Əliyev