ABŞ-nin müdafiə naziri gizli şəkildə Kiyevə səfər edib

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukraynaya gizli səfər edib.

Xeber-ps.com bu barədə CNN telekanalına istinadən xəbər verir.

Lloyd Ostinin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerovla görüşəcəyi bildirilir.

Hər iki görüşdə əsas mövzu ABŞ-də gözlənilən prezident seçkisi və Vaşinqtonun Kiyevə hərbi və maliyyə yardımları olacaq.

0.067327976226807