Beş yeni parklanma məntəqəsi yaradıldı

Bakıda yeni parklanma məntəqələri yaradılıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, AYNA tərəfindən İsmayıl bəy Qutqaşınlı və Qurban Xəlilov küçələrində 5 yeni parklanma məntəqəsi artıq istifadəyə verilib.

"Bakı küçələrində aparılan yenidənqurma işləri nəqliyyat axınlarını daha rahat və təhlükəsiz etməyi hədəfləyir", - deyə məlumatda qeyd olunub.

0.080754041671753