Yeni "Zeekr"in təqdimat tarixi məlum oldu

Yeni "Zeekr Mix" miniveninin premyerası 23 oktyabr 2024-cü ildə Çində keçiriləcək.

Xeber-ps.com xəbər verir ki, bu barədə "Carnewschina.com" məlumat yayıb.

Bildirilir ki, yeni avtomobil brendin seriyasında altıncı model olacaq.

Onun dizaynı "Bentley"nin keçmiş dizayneri Stefan Zilaff tərəfindən yaradılıb. Avtomobilin uzunluğu 4 688 mm-dir. O, "Volkswagen ID.BUZZ" modeli ilə rəqabət aparacaq. Yeni məhsulun özəlliyi ön qapılardır: sürücü və sərnişinin çıxması üçün onlar irəli çəkilməlidir.

"Zeekr Mix"də beş nəfərlik oturacaq, arxada isə üç nəfərlik divan mövcuddur.

Qeyd olunur ki, premyeradan sonra modelin satışına başlanılacaq.

0.075412034988403