İki uşaq atası yardımsevər şəxslərin dəstəyinə möhtacdır

35 yaşlı Şirxan Məmmədovun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Xeber-ps.com-a onun həyat yoldaşı Lamiə Məmmədova müraciət edib.

O bildirib ki, həyat yoldaşı bir ilə yaxındır sidik kisəsinin yan divarının bədxassəli törəməsi xəstəliyindən əziyyət çəkir:

"Yoldaşım ötən ilin avqust ayında ağrılarına görə həkimə müraciət etdi. Elə həmin vaxt yoldaşıma sidik kisəsinin bədxassəli şişi diaqnozu qoyuldu. O, sentyabr ayında əməliyyat olunsa da, bir müddət sonra törəmə yenidən eyni yerdə əmələ gəldi. Yoldaşımın xəstəliyini bildiyimiz gündən o, dəfələrlə əməliyyata girib, amma hələ səhhətində bir irəliləyiş qeydə alınmayıb. Mart ayından bəri üç-dörd dəfə böyrəyinə stent qoyulması üçün əməliyyat olunub".

Lamiə Məmmədova yoldaşının yenidən əməliyyata girməli olduğunu deyib:

"Şirxanın xəstəliyini bildiyimiz gündən onun müalicələri üçün hər şeyimizi satmışıq. Maşınımız var idi - satdıq, torpaq sahəmiz var idi - satdıq. Hazırda bankda 8000 manata yaxın kredit borcumuz var. Yoldaşım səhhəti ilə əlaqədar işləyə bilmir, bir qayınanam işləyir, onun aldığı pul ilə həm iki uşağa baxırıq, həm Şirxanın müalicələrini etməyə çalışırıq. Şirxan hazırda böyrəyindən əməliyyat olmalıdır, amma iltihabı çox olduğu üçün həkim müalicələr etməli olduğumuzu deyib. Müalicələr üçün 1 500, əməliyyat üçün isə 7 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (099) 331-00-39.

Kapital Bank: 5239 1517 8888 1392.

0.10069108009338