Mamuka Mdinaradze: "ABŞ sanksiyaları Gürcüstanda parlament seçkisinə müdaxilədir"

"ABŞ-nin Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə və digər şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar respublikada oktyabrın 26-da keçiriləcək parlament seçkisinə müdaxilədir".

Xeber-ps.com TASS-a istinadən xəbər verir ki, bunu hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında bildirib.

"Bu, bir tərəfdən polisə, digər tərəfdən gürcü xalqının seçiminə və iradəsinə təsir etmək cəhdidir. Bu, Gürcüstan seçkisinə müdaxilədir", - deyə Mdinaradze vurğulayıb.

0.30678200721741