Braziliyada Ayrton Sennanın şərəfinə dünyanın ən hündür yaşayış binası tikiləcək

Braziliyanın Balneario Kamboriu şəhərində əfsanəvi "Formula-1" pilotu Ayrton Sennanın şərəfinə göydələn ucaltmaq planlaşdırılır.

Xeber-ps.com bu barədə championat.com-a istinadən xəbər verir.

"Senna Tower"ın Braziliyanın ən hündür göydələni və dünyanın ən hündür yaşayış binası olacağı bildirilir. Onun dəqiq hündürlüyü hələ açıqlanmayıb, lakin bina 500 metrdən aşağı olmayacaq. İçərisində mənzillər və hotel olacaq.

Göydələnin tikintisinə 2025-ci ilin ikinci yarısında başlanacağı gözlənilir.

Binanın konsepti üzərində yarışçının qardaşı qızı olan dizayner Lalalli Senna çalışıb.

0.32645201683044