Çempionlar Liqası: "Mançester Siti" və "İnter" turnirə qolsuz başladılar

UEFA Çempionlar Liqasının Liqa mərhələsində daha altı görüş keçirilib.

Xeber-ps.com xəbər verir ki, günün ən gözlənilən oyunu İngiltərədə baş tutub. Burada "Mançester Siti" "İnter"i qəbul edib. Oyunda tərəflərdən heç biri fərqlənə bilməyiblər - 0:0.

"Boloniya" ilə "Şaxtyor Donetsk"in qarşılaşmasında da hesab açılmayıb. PSJ isə "Jirona"nı son dəqiqə qolu ilə məğlub edib - 1:0.

Digər görüşlərdə "Sparta Praqa" "Zalsburq"un qapısından üç cavabsız top keçirib - 3:0.

"Seltik" "Slovan Bratislava" ilə metçda meydandan 5:1 hesablı qələbə ilə ayrılıb.

"Brügge" isə doğma meydanda "Borussiya Dortmund"a uduzub - 0:3.

0.32820200920105