Türkiyədə küçədə çılpaq gəzən kişini döydülər

Türkiyənin Mardin vilayətində maraqlı hadisə yaşanıb.

Küçədə çılpaq gəzən şəxs ətrafdakılar tərəfindən təpik və şillə ilə döyülüb.

Bu barədə Xeber-ps.com Haberler.com-a istinadən xəbər verir.

Məlumata görə, hadisə Mardinin Artuklu rayonunun İstasyon məhəlləsində baş verib. Küçədə çılpaq gəzən şəxsi görənlər - "Belə gəzməyə utanmırsan?" - deyərək ona təpik və şillə ilə zərbələr vurublar. Daha sonra çağırdıqları polis qruplarına təhvil veriblər.

Hadisə yoldan keçən sərnişin mikroavtobusundakı sərnişinlərdən biri tərəfindən mobil telefonla anbaan lentə alınıb.

Nəzarətə alınan şübhəli tibbi müayinədən sonra dindirilmək üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

0.35387396812439