Karin Knaysl: "Livandakı partlayışlar mobil cihazların təhlükəsizliyi ilə bağlı suallar doğurur"

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Livanda peyk qurğularının partlamasını terror aktı kimi qiymətləndirir.

Xeber-ps.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Livanda peyk qurğularının partlaması terror aktıdır və istənilən mobil cihazların təhlükəsizliyi ilə bağlı suallar doğurur" , - o bildirib.

Sabiq XİN rəhbərinin sözlərinə görə, Livandakı partlayışlar İsrailin təchizat zəncirinə müəyyən qədər nəzarət etdiyini göstərir, çünki onlar xaricdən gətirilən cihazlara partlayıcı yerləşdirə biliblər.

0.35492897033691