İvan Perişiç karyerasını Niderland liqasında davam etdirəcək

Xorvatiyalı ulduz futbolçu İvan Perişiç PSV ilə birillik müqavilə imzalayıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano şəxsi "Instagram" profilində paylaşım edib.

Xəbərdə bildirilib ki, İvan Perisiç birillik müqavilə əsasında PSV-yə azad agent kimi qoşulub.

Perişiç "Hayduk"dan ayrıldıqdan sonra PSV-də tibbi müayinədən keçib və tərəflər arasında müqavilə imzalanıb.

0.31958293914795