Almanlar koronavirus məhdudiyyətlərinə məhəl qoymur: Polislə nümayişçilər arasında qarşıdurma - VİDEO

Almaniyanın Frankfurt şəhərində polis hökumətin COVID-19 məhdudiyyətlərinə etiraz edən nümayişçilərə qarşı təzyiqli su şırnaqlarından istifadə edib.

Bu barədə şəhərin polis idarəsinin rəsmi “Twitter” hesabında məlumat verilib.

Maska taxmayan və sosial məsafə qaydalarına məhəl qoymayan yüzlərlə nümayişçi şəhərin mərkəzinə toplaşıb.

Çoxsaylı xəbərdarlıqlardan sonra polis aksiyanı dağıtmaq məcburiyyətində qalıb.

0.33089804649353