İnfeksionistdən koronavirusla bağlı tövsiyə: Bərk danışmayın!

Rusiyalı infeksionist və vaksinoloq, “Lider-Medisina” tibb mərkəzinin baş həkimi Yevqeni Timakov, koronavirus pandemiyası zamanı insanlara ictimai yerlərdə, xüsusən yüksək səslə danışmaqdan çəkinmələrini tövsiyə edib.

Bu barədə “İzvestiya” xəbər yayıb.

Mütəxəssis, tənəffüs zamanı yoluxmuş insanın infeksiyanı yaydığını izah edib.

“Danışarkən bu təsir artır. Maska taxmaq və susmaq bu şərtlərdə infeksiya riskini azaltmağa kömək edə bilər”, - deyə o bildirib.

“Bir-birimizlə, xüsusən də yüksək səslə ünsiyyət qurarkən, sadəcə nəfəs almırıq, bunu qüvvətlə edirik. Bu vəziyyətdə maskasız 1,5 metrlik sosial məsafə təsirsiz ola bilər. Koronavirus havada olduqda, bu anda viral yük artır. Maskada danışmağınız daha məsləhətlidir”, - deyə E.Timakov əlavə edib.

0.32411289215088