Monreal polisi “Ubisoft” şirkətinin ofisində insanların girov götürülməsini təsdiqləmədi - YENİLƏNİB + VİDEO

Monreal polisi “Ubisoft” şirkətinin ofisində insanların girov götürülməsi ilə bağlı yayılan məlumatları təsdiqləməyib. 

Bununla bağlı məlumat şəhət polisinin “Twitter” hesabında yayılıb. 

Bildirilib ki, heç bir təhlükə aşkarlanmayıb, insanların binadan təxliyyəsi davam etdirilir. 

TVA telekanalının məlumatına görə, polis hazırda girovlarla bağlı yalan məlumat yayan şəxsləri axtarır.

00:02

Kanadanın Monreal şəhərində insanların girov götürüldüyü “Ubisoft” şirkətinin ofisində polis əməliyyat həyata keçirir.

Bu barədə “The Globe and Mail” nəşri məlumat yayıb.

Polis ərazini dövrəyə alıb.

Hələlik polis girovlarla bağlı məlumat vermir.

0.32590198516846