Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən sonra sənədi ratifikasiya edib.
Müvafiq qanunun mətni rəsmi hökumət nəşri “Resmi Gazete”də dərc olunub.
Bundan əvvəl yanvarın 24-də Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.
Hazırda parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyən yeganə NATO-ya üzv ölkə Macarıstan olaraq qalır.