Dünyanın ən güclü ordularının SİYAHISI açıqlandı: Azərbaycan neçəncidir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkələrin hərbi gücü üzrə reytinqini tərtib edən “Global Fire Power” 2024-cü il üzrə hesabatını açıqlayıb.

Xeber-ps.com-ın məlumatına görə, siyahıda Azərbaycan 145 ölkə arasında 59-cu yerdə qərarlaşıb.

Reytinqin ilk üçlüyündə ABŞ, Rusiya və Çin yer alıblar.

Qonşu dövlətlərdən Türkiyə səkkizinci, İran 14-cü, Gürcüstan 84-cü, Ermənistan 102-ci olub.

Hesabata əsasən, dünyanın ən zəif orduları isə Benin, Somali, Surinam, Moldova və Butandadır.

Qeyd edək ki, siyahı 60 individual faktor, o cümlədən ölkələrin ordularının hərbi bölmələrinin sayı, maliyyə, logistika imkanları və s. nəzərə alınmaqla hazırlanıb.

0.10373711585999