Ceyms Leder: "Azərbaycanda orta göstəricilər yüksəkdir"

"Nəqliyyat sektorunun karbonsuzlaşdırılmasında dəmiryol sektoru mühüm rol oynayır. Azərbaycanda orta göstəricilər yüksəkdir, son 20-25 ildə həm nəqliyyat, həm də yükdaşımalarda tələbat artmaqdadır. Burada vacib şərt dəmiryolundan geniş istifadə etmək və rəqəmsallaşdırmaqdır".

Xeber-ps.com xəbər verir ki, bu fikirləri "Gələcək üçün dayanıqlı nəqliyyat" adlı tədbirdə Asiya İnkişaf Bankının Nəqliyyat üzrə direktoru Ceyms Leder deyib.

O bildirib ki, dəmiryolunu aşağıkarbonlu nəqliyyat vasitələri üzrə ilk pilləyə çıxarmaq investisiyaları cəlb etməyə səbəb olacaq:

"Dəmiryolunun emissiyalarını azaltmaq üçün Asiya İnkişaf Bankı müxtəlif həllərdən istifadə edəcək".

Ceyms Leder çıxışı zamanı qlobal miqyasda dəmir yolu sistemlərinin dekarbonizasiyası istiqamətində görülən təşəbbüslərdən danışıb, ADY-də onun reallaşdırılmasının gətirəcəyi faydaları qeyd edib.

Məhərrəm Əliyev

0.068657159805298