Fuad Əliyev: Seçkilərdə favorit, o, olacaq

Qarayaxma ilə məşul olan radikalların seçicilər arasında heç bir nüfuzu və dəstəyi yoxdur

Mənim üçün növbədənkənar prezident seçkilərin keçirilməsi gözlənilməz deyildi. Çünki 2018-ci ildən gedən kadr islahatları davamlı olaraq növbədənkənar prezident seçkilərinə gətirib çıxarmalı idi. Artıq bir çox sahələrdə müsbət dəyişiklik var. Azərbaycan əraziləri bütövləşib və torpaqlarımız işğaldan azad olunub və bu, ilk seçki olacaq ki, bütöv Azərbaycanda keçiriləcək. Vətən müharibəsindən qazanılan tarixi  Zəfərdən  sonra xalq arasında  Müzəffər Ali Baş Komandanın çox böyük reytinqi, nüfuzu var. İnanmıram ki, seçkilərdə Ona kimsə qalib gələ bilər. 

Bu fikirləri politoloq Fuad  Əliyev “İki sahil”ə özəl açıqlamasında bildirib.

O, qeyd edib ki, hər bir siyasi təşkilat seçkidə iştirak etməlidir, həm öz platformasını, həm də öz baxışlarını vətəndaşlara təqdim etməlidir.  Bu gün Azərbaycandakı radikal müxalifətə üzümü tutub deyirəm ki, demaqogiya ilə məşğulsunuz.

Onlar seçki olsun deyə çıxışlar edirdilər. Seçki təyin olunandan sonra keçirlər başqa üsula ki, bu gözlənilmədən oldu, bizimlə məsləhətləşmək lazım idi.  Siyasi təşkilat hər gün  istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərinə hazır olmalıdır. Bu, onun işidir. Bəyanatlar vermək ki, biz hazır deyilik, biz başqa cür gözləyirdik, doğru deyil. Bu, ancaq demaqogiyadır. Sözsüz ki, müxalifətdə normal fəaliyyət göstərən siyasi partiyalar var və onlar seçkilərdə iştirak edəcəklər. Onların iştirakını mən dəstəkləyirəm. Baxmayaraq ki, seçkilərdə favorit Prezident İlham Əliyevdir. Amma onlar seçkidə iştirak edib öz fikirlərini, platformalarını, vətəndaşlara, seçicilərə çatdırmalıdırlar: "O ki, qaldı qarayaxma ilə məşul olan radikallara, onların seçicilərin yanında heç bir nüfuzu və dəstəyi yoxdur. Onlar illər boyu bax belə, uduza-uduza gediblər. Ona görə də bugünkü şəraitdə ancaq demaqogiya ilə məşğul olraq seçkiləri gözdən salmaq kampaniyası aparacaqlar. Bunun da xeyri olmayacaq. Onların düşüncələri, təfəkkürləri qalıb 80-90 –cı illərdə. Ona görə də bugünkü reallıqla ayaqlaşa bilmirlər." 

0.18918895721436