Cənubi Qafqazı “gərginlik ocağı” kimi saxlamağa çalışan xarici güclər hər fürsətdən istifadə edir. Xüsusən, Azərbaycanın işğalçı Ermənistan üzərindəki qələbəsini həzm edə bilməyən Fransa kimi dövlətlər sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqları yanlış səmtə yönəltməyə, bloklamağa cəhdlər edir.
Fransa Ermənistanı silahlandirır, qərəzli çıxışlarla, Brüssel görüşünü pozmaqala əngəl yaratmaq istəyini gizlətmir. Fransanın regionla bağlı bu siyasətinin arxasında nə dayanır?
Siyasi ekspert, MHB sədri Fuad Əliyev bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsi 2020-ci il 10 noyabr üçtərəfli Bəyannamədə qeyd olunub və son 3 il ərzində dəhlizin açılması üçün Azərbaycan tərəfindən bütün işlər görülüb.
Ekspert məhz Ermənistanın heç bir səbəb göstərmədən dəhlizin açılmasının, uzadıldığını deyib:
“Onsuz da gec-tez dəhliz açılacaq. Azərbaycan hakimiyyəti bu məsələdə çox çevik siyasət apararaq bu dəhlizə alternativ, İrandan keçən yolun açılması ilə bağlı İran hakimiyyətilə danışıqlara başlayıb. Və İrandan keçən alternativ yolun açılmasının ilkin razılaşmasını əldə edib”.
Bu gün Azərbaycanın Cənubi Qafqaz regionunda əsas oyunçuya çevrildiyini qeyd edən Fuad Əliyev məsələyə bu kontekstdən yanaşaraq, regionda maraqlı olan ölkələrin istər-istəməz Azərbaycanla hesablaşdığını, bu və digər məsələlərdə bizim mövqeyimizin nəzərə alındığını önə çəkib:
“Bizim güclü olmağımız regionun sabitliyinə gətirib çıxartdı. Amma bəzi ölkələr, xüsusilə də Fransa bundan çox narahatdır. Fransa Zəngəzur dəhlizinə qarşı olduğunu açıq mətnlə bəyan edir. Ermənistanın Gorus şəhərində ölkənin konsulluğunu açmaqla vəziyyəti daha da gərginləşdirmək istəyir. Fransanın birbaşa məqsədi bölgədəki vəziyyəti daha da gərginləşdirməkdir. Bu yaxınlarda hər iki ölkənin müdafiə nazirləri hərbi əməkdaşlığa dair müqavilə bağladılar. Açıqlamalarında qeyd etdilər ki, bu hava hücümundan müdafiə sistemləridir. Hesab edirəm ki, bu görüntüdür və bundan sonra, hücüm texnikaları veriləcək”.
Ekspert bu cür presedentin olmasına diqqət çəkib:
“Keçən ilin oktyabr ayında Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunmuşdu. Sonra bu misiyanın sayı 200-ə qalxdı. İndi isə bu monitorinq qrupu hərbi-mülki missiyadır. Bundan əlavə burda 100 yaxın fransız jandarmalar da yerləşdirilib. Fransa hökumətinin Qarabağın erməni əhalisinə münasibətdə “etnik təmizləmə” ifadəsini işləməsini də şahidi olmuşduq. Bütün bunlar onu göstərir ki, Fransa reallıqla barışmayıb. Ermənistanı yenə də müharibəyə doğru sövq edir. Fransa hələ də başa düşmür ki, regionda Azərbaycandan başqa, Türkiyə və Rusiya kimi güclü oyunçular var. Bu üçlük siyahıya İranı da daxil etsək, görəcəyik ki, Fransa Qafqaz regionuna heç yaxın da dura bilməz, onsuz da ləkələmiş nüfuzunu daha da batırar”.
Fuad Əliyev vurğulayıb ki, “Azərbaycan Zəngəzur uğrunda müharibə etmək istəyir” demək absurddur:
“Prezident İlham Əliyev demişkən: “Zəngəzura tanklarla yox, minik maşınları ilə qayıdacağıq”. Və belə də olacaq”.