Yaponiyanın baş naziri yenidən seçilməsinə dair iclasda yatıb qaldı

Yaponiyanın baş naziri Siqeru İsiba parlamentin onun yenidən hökumət başçısı seçilməsi ilə bağlı səsvermə iclası zamanı yuxuya gedib.

Xeber-ps.com xəbər verir ki, bu barədə "Nikkei" yazır.

Məqalədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin sözlərinə istinad edilir.

O, S.İsibanın səhhətində ciddi problem olmadığına aydınlıq gətirib. Amma qeyd olunur ki, bir neçə gün əvvəl hökumət başçısı soyuqdəyməyə görə özünü pis hiss edib və təcili tibbi yardım çağırmalı olub.

Xatırladaq ki, oktyabrın 1-də Fumio Kisidanın başçılıq etdiyi Yaponiya Nazirlər Kabineti istefa verib. Bundan sonra ölkənin keçmiş müdafiə naziri Siqeru İsiba yeni hökumət başçısı seçilib.

0.10191416740417