KİV: Melaniya Tramp Ağ Evə köçmək istəmir

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya birinci xanım kimi Ağ Evdə daimi yaşamaq niyyətində deyil.

Xeber-ps.com xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazır.

Jurnalistlər Donald Trampın ikinci prezidentlik müddətində Melaniyanın daha ​​çox muxtariyyətə malik olacağına inanırlar. O, Ağ Evdə birinci xanım Cill Bayden ilə simvolik görüşə gəlməyib.

Çox güman ki, ərinin inauqurasiyasından sonra Melaniya Floridadakı ailə iqamətgahında daha çox vaxt keçirəcək. Burada son dörd il ərzində o, dostlar qazanıb və yaşadığı həyat tərzinə uyğun şərait yaradıb.

Melaniya Tramp ərini mühüm tədbirlərdə müşayiət etməyi planlaşdırır və həmçinin birinci xanım kimi prioritetlərini təbliğ edəcək.

Jurnalistlər əmindirlər ki, Trampın özü də əvvəlki kimi qışda həftə sonlarını Mar-a-Laqodakı (Florida ştatı) iqamətgahında keçirəcək, yayda isə Bedminsterdəki (Nyu-Cersi ştatı) qolf klubunda dincələcək. Onun andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

0.20467114448547