ABŞ prezident seçkisində seçicilərin üçdə birindən çoxu vaxtından əvvəl səs verib.
Xeber-ps.com xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası məlumat yayıb.
Onun məlumatına görə, ümumilikdə 84,6 milyon nəfər vaxtından əvvəl səs verib, 46,3 milyon nəfər şəxsən seçki məntəqələrinə gəlib, 38,3 milyon nəfər isə poçt vasitəsilə səs verib. Uzaqdan səsvermə üçün ümumilikdə 67,4 milyon bülleten tələb olunub.
Seçkilərdə təxminən 244 milyon insanın səs verməsi gözlənilir.
Son seçkilərdə 158,4 milyondan çox amerikalı iştirak edib.
ABŞ-də 60-cı prezident seçkisi başlayıb.
Əsas səsvermə bu günə - noyabrın 5-nə təyin edilib.
Bu barədə Xeber-ps.com İnterfaks.ru-ya istinadən xəbər verir.
Məlumata görə, ilk seçki məntəqələri Vermont ştatında yerli vaxtla səhər saat 05:00-da (Bakı vaxtı ilə 14:00) açılıb.
Men, Nyu-Cersi, Nyu-York və Virciniya kimi ştatlardakı seçki məntəqələri seçiciləri səhər saat 6:00-dan (Bakı vaxtı ilə 15:00) qəbul edəcək. ABŞ-nin paytaxtı Vaşinqtonda isə səsvermə saat 7:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.
Vaşinqton ştatında və Alyaskada məntəqələr saat 11:00-da (Bakı vaxtı ilə 20:00), Havayda isə 12:00-da (Bakı vaxtı ilə 21:00) açılacaq.
ABŞ-də 60-cı prezident seçkisi başlayacaq.
Əsas səsvermə günü noyabrın 5-nə təyin edilib.
Bu barədə Xeber-ps.com Interfax.ru-ya istinadən xəbər verir.
Prezident postu uğrunda Demokratlar Partiyasının namizədi və vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp mübarizə aparırlar.
Prezidentlə birlikdə, həmçinin ABŞ-nin vitse-prezidenti də seçiləcək. Demokratlardan bu vəzifəyə Minnesota ştatının qubernatoru Tim Uolz, Respublikaçılar Partiyasından isə Ohayo ştatının senatoru Cey Di Vens namizəddir.
Bundan başqa, ABŞ prezidentliyi uğrunda Libertarian Partiyasının namizədi Çeyz Oliver, Yaşıllar Partiyasının nümayəndəsi Cill Stayn, eləcə də daha az tanınan partiyaların nümayəndələri və müstəqil namizədlər də mübarizə aparırlar.
Noyabrın 5-də, həmçinin prezident seçkisi ilə yanaşı, ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvləri və ABŞ Senatı üzvlərinin üçdəbiri üçün seçkilər keçiriləcək.