Kosmik şou: Bu gecə Yeri "od yağışı" gözləyir

Bu gecə Yer sakinləri heyrətamiz kosmik hadisənin - Taurid meteor axınının şahidi olacaqlar. Ulduz yağışı planetimizin Enke kometinin buraxdığı toz hissəciklərinin şleyfi ilə qarşılaşması nəticəsində yaranır. Bu il mənzərənin xüsusilə effektiv olacağı gözlənilir!

Taurid meteor axını iki qoldan ibarətdir - Cənub və Şimal Tauridləri. Onlar bir həftə fərqlə pik aktivliyə çatacaqlar. Cənub Tauridləri artıq bu gecə, Şimal Tauridləri isə noyabrın 12-də gözlənilir.

Bu axında meteorların sayı digərləri qədər çox olmasa da, onlar inanılmaz parlaqlığı, davamiyyəti və ölçüləri ilə fərqlənirlər.

Astronomların sözlərinə görə, bu il Cənub Tauridlərini müşahidə etmək üçün şərait xüsusilə əlverişlidir. Ay öz parlaq işığı ilə mane olmayacaq və nəhəng meteorlardan yaranan od yağışının tam şəkildə seyr edilməsinə imkan verəcək. Təəssüf ki, Şimal Tauridləri bədirlənmiş ay səbəbindən o qədər də yaxşı görünməyəcək.

Kosmik şou: Bu gecə Yeri "od yağışı" gözləyir

Kosmik şou: Bu gecə Yeri "od yağışı" gözləyir

0.067669153213501