Bakıda təhlükə mənbəyi olan bağça

Bakının Sabunçu rayonunda yerləşən 86 saylı bağça qəzalı vəziyyətdədir və uşaqların həyatı üçün təhlükəlidir.

Bu barədə bağçadakı uşaqların valideynləri Baku.ws-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.

Qeyd edilib ki, bağçanın tualeti bərbad vəziyyətdədir. Yataq otağı təmirsizdir. İstilik sistemi işləmir. Həmçinin bildirilib ki, bağça qəzalı vəziyyətdə olduğu üçün uşaqların həyatı üçün təhlükəlidir.

Bağçanın rəhbərliyində çalışan Sənubər Hüseynova bildirib ki, həqiqətən də binanın təmirə ehtiyacı var.

"Təhsil nazirliyindən gəlib baxıblar və qeydə alıblar. Bizim bağçanın bir hissəsində məcburi köçkünlər yerləşir. 11 ailədir, 78 nəfər qaçqın yaşayır. Bir hissədə isə uşaqlara təlim keçilir", - deyə Sənubər Hüseynova bildirib.

Bağçadan çəkilən görüntüləri təqdim edirik:

0.10857915878296