Ağcabədidə dəm qazından boğulma: Bir nəfər öldü, digəri xəstəxanalıq oldu

Ağcabədidə dəm qazından zəhərlənən 92 yaşlı qadın ölüb.

"Report" xəbər verir ki, Arazbar kənd sakinləri 1932-ci il təvəllüdlü Gövhər Abduləli qızı Soltanova və 1995-ci il təvəllüdlü Mirismət Xudaverdi oğlu Soltanov yaşadıqları evdə dəm qazından zəhərlənib.

Nəticədə Gövhər Soltanova zəhərlənmə nəticəsində ölüb, Mirismət Soltanova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.10581398010254