Bakıda 74 minlik DƏLƏDUZLUQ - Üç nəfər SAXLANILDI

Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74 500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyindən Xeber-ps.com-a verilən xəbərə görə, polis əməkdaşları dələduzluğa məruz qalan vətəndaşların müraciətləri əsasında əməliyyatlar keçiriblər.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63 000 manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9 000 manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2 530 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

0.083477973937988