"Ən yaxşı kişi qolkiper" adına iddia edən namizədlərin adları açıqlandı

IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) "Ən yaxşı kişi qolkiper" adı uğrunda mübarizə aparan iddiaçıların adlarını açıqlayıb.

Xeber-ps.com xəbər verir ki, mükafata 20 qolkiper iddialıdır.

Bunlar Giorgi Mamardaşvili, Dioqo Kosta, Canluici Donnarumma, Qreqor Kobel, Mayk Meiyan, Quqlielmo Vikario, David Raya , Unay Simon, Yan Oblak, Tibo Kurtua, Mark-Andre ter Şteqen, Cordan Pikford, Aleks Remiro, Andrey Lunin , Ederson, Emiliano Martines, Alisson, Luis Malaqon, Andre Onana və Metyu Rayandır.

Qeyd edək ki, mükafatın sahibi IFFHS-in ölkələr üzrə nümayəndələri arasında səsvermə ilə müəyyənləşəcək.

0.085147857666016