Təhsil nazirindən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA

“İşğaldan azad olunan ərazilərimizə qayıdış komplekt bərpa tələb edir. Çünki işğal altında olan ərazilərimizdə infrastruktur tamamilə yerlə-yeksan edilib. Həmin ərazilərdəki məktəblərin bərpası planlı şəkildə olacaq”.

Xeber-ps.com-ın müxbirinin məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə cəbhə bölgəsində yerləşən məktəblərdə tədrisin bərpa edilməsi üzrə işlər aparılır:

“Növbəti illərdə məktəblərə aid xüxusi proqramların həyata kerçirilməsi reallaşdırılacaq”.

İlhamə Əbülfət

0.30642008781433