“Crew Dragon” kosmik gəmisi göyərtəsində dörd astronavtla BKS-ə yollanıb - VİDEO

 

NASA astronavtları Maykl Hopkins, Viktor Qlover, Şennon Uokker və Soiti Noqutinin göyərtəsində olduğu “Crew Dragon” kosmik gəmisi “Falcon 9” raketi vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya yollanıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, Florida ştatından uçuş həyata keçirən raketin birinci mərhələsi doqquz dəqiqə sonra Atlantik Okeanında üzən platformaya uğurlu eniş edib.

NASA və “SpaceX” bundan BKS-ə növbəti uçuş üçün istifadə etməyi planlaşdırır.

0.28616118431091