Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Qaradağ rayonunun Müşfiq qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Mikayılov Zəka İlham oğlu sükana nəzarəti itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarına aşıb.
Bədən xəsarətləri alan Z.Mikayılov xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.