Ukraynanın Səhiyyə naziri Maksim Stepanov koronavirusa yoluxduğu barədə açıqlama yayıb.
“Dostlar, diqqətli olmağıma və bütün təhlükəsizlik qaydalarına riayət etməyimə baxmayaraq, təəssüf ki, bu gün COVID-19 testimin nəticələrinin müsbət olduğunu öyrəndim. İndi özümü təcrid edirəm, evdəyəm. Məsafədən işləyəcəyəm, gündəlik brifinqləri də buradan aparacağam”, - Səhiyyə naziri öz “Facebook” hesabında yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski də COVID-19 virusuna yoluxub.