Rusiyada şəhər meri həbs edildi - VİDEO

Rusiyanın Tomsk şəhərinin meri İvan Klayn hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Qeyd olunur ki, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları merin çalışdığı inzibati binaya daxil olub.

İ.Klayn hüquq-mühafizə orqanlarından iclasın bitməsinə qədər gözləməyi xahiş edib.

Bir müddət sonra o, çalışdığı iş yerindən əli qandallı şəkildə çıxıb.

Merə qarşı cinayət işinin açıldığı bildirilir.

0.28211903572083