Bələdiyyə sədrliyinə namizəd canlı yayım zamanı öldü - VİDEO

Braziliyada bələdiyyə sədrliyinə namizəd video-konfrans zamanı ölüb. 

“Haber Global” xəbər verir ki, hadisə Rio-de-Janeyro vilayətində baş verib. 

Paulo Serjio Sayrillo canlı yayım zamanı infakt keçirib. 73 yaşlı kişinin səhhəti pisləşdikdən dərhal sonra canlı yayım dayandırılıb. 

Bildirilib ki, hadisə yerinə gələn həkimlər Sayrillonun öldüyünü təsdiqləyiblər.

0.30921602249146