Bakıda kişi gicgah nahiyəsindən bıçaqlandı

Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Xəlil Rza Ulutürk küçəsində baş verib.

1976-cı il təvəllüdlü Həsənov Rafiq Həsən oğlu küçədə naməlum şəxslə əlbəyaxa dava edib. 

Dava R.Həsənovun bıçaqlanması ilə yekunlaşıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına çatdırılıb. O, başının gicgah nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib.

0.87871885299683