Fransada məktəblilərlə polislər arasında qarşıdurma yaşanıb - VİDEO

 

Fransada iğtişaşlar başlayıb. Polislərlə tələbələr arasında qarşıdurma yaşanıb.

Bu barədə RT xəbər yayıb.

Bildirilir ki, aksiyaçılar pandemiya dövründə fəaliyyət göstərən təhsil müəssisələrinin koronavirus infeksiyasına yoluxma riski səbəbindən bağlanmasını tələb ediblər. Onlar orta məktəblərdən birinin girişini bağlamaq istəyərkən polislərin maneəsi ilə üzləşiblər.

Qeyd edək ki, ölkədə oktyabrın 30-dan dekabrın 1-nə kimi ümummilli karantin elan edilib.

0.35301399230957