Belarus Dəmir Yolları Azərbaycana konteyner yükdaşımalarını iki dəfəyə yaxın artırıb

Belarus Dəmir Yolu (BDY) Belarus müəssisələrinin yüklərinin ixrac-idxal daşımalarının inkişafı çərçivəsində 2022-ci illə müqayisədə 2023-cü ildə Azərbaycana konteyner daşımalarını 1,8 dəfə artırıb.

Bu barədə Belarus Dəmir Yollarının mətbuat mərkəzində məlumat verilib.

"BDY üçün strateji istiqamətlərdən biri Belarus müəssisələrinin, o cümlədən Azərbaycana yüklərin ixrac-idxal daşımalarının inkişaf etdirilməsidir. Belə ki, 2023-cü ilin yekunlarına əsasən 2022-ci illə müqayisədə Azərbaycana göndərilmiş yüklərin həcmi 1,8 dəfə artıb, 2024-cü ilin beş ayında artıq 270 min tondan çox yük göndərilib", - deyə Belarus Dəmir Yollarının bəyanatında qeyd edilib.

Bildirilib ki, yükgöndərənlər üçün ən cəlbedicisi Azərbaycan-İran sərhədində yerləşən Astara sərhəd-keçid məntəqəsindən keçən quru marşrutdur ki, burada 2024-cü ilin beş ayı ərzində daşımaların həcmi təqribən 34 min ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı çərçivəsində BDY Rusiya Dəmir Yolları (RDY) və Azərbaycan Dəmir Yolları (ADY) ilə birlikdə Belarus-Rusiya-Azərbaycan marşrutu üzrə konteyner daşımalarının təşkili üçün şərait yaradıb. Vurğulanıb ki, bu xidmət Belarus məhsullarını ən qısa müddətdə, yeddi gün ərzində dəmir yolu ilə Azərbaycana çatdırmağa imkan verir.

Mənbə: TASS

0.06194281578064