Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 28 faiz artıb

Bu il iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 713,7 milyon ABŞ dolları təşkil edib.

Xeber-ps.com bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, mayın 1-i ilə müqayisədə 0,5% çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9%, son bir ildə isə 27,7% artıb.

0.062618970870972