İranda koronavirusdan ölümdə anti-rekord

İranda koronavirusdan ölüm sayında anti-rekord yenilənib.

IRINN telekanalının məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, COVID-19-dan son 24 saat ərzində 459 nəfər ölüb və 9236 yeni yoluxma müəyyən edilib.

Qeyd edək ki, pandemiya başlayanan bəri ölkədə koronavirusa yoluxan insanların ümumi sayı 682 486-ya, qurbanların sayı 38 291-ə çatıb.

0.34702897071838