Neptun və Uran planetləri ətrafında əvvəllər məlum olmayan yeni tapıntılar ortaya çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astronomlar Neptun və Uran planetləri ətrafında yeni peyklər tapıblar.

Günəş sistemində əvvəllər məlum olmayan peyklər Havay və Çilidəki teleskoplar vasitəsilə aşkar edilib.

Astronomlar Neptunun ətrafında fırlanan 2 peykdən başqa Uranın ətrafında da kiçik bir peykin olduğunu müəyyən ediblər.

Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərdən sonra Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə çatdığını açıqlayıb.

Vaşinqtondakı Karnegi Elm İnstitutundan astronom Skott Şeppard hələ kəşf edilməmiş çox sayda kiçik peyklərin ola biləcəyini bildirib.

Həmçinin qeyd edilib ki, Uran ətrafında fırlanan və diametri təxminən 8 kilometr olan yeni peyk, ehtimal ki, planetin peykləri arasında ən kiçiyidir.

Mənbə: Anadolu

0.084625959396362