"Mançester Siti" Holandın qolu ilə liderliyə yüksəldi

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Xeber-ps.com xəbər verir ki, son çempion "Mançester Siti" doğma meydanda "Sauthempton"u qəbul edib.

Oyunun taleyini bir qol həll edib. "Şəhərlilər"in hücumçusu Erlinq Holandın 5-ci dəqiqədəki dəqiq zərbəsi "Mançester Siti"yə qələbə qazandırıb - 1:0.

Bu nəticədən sonra Pep Qvardiolanın yetirmələri 23 xalla liderliyə yüklsəliblər. Onlardan 2 xal geri qalan "Liverpul"un ehtiyatda bir oyunu var. "Sauthempton"a gəlincə, komanda cəmi 1 xalla sonuncudur.

0.13490080833435