Almaniya Bundesliqasında 8-ci turun görüşləri keçirilir.
Xeber-ps.com xəbər verir ki, çempion Leverkuzen "Bayer"i bu tur səfərdə Bremen "Verder"i ilə üzləşib.
Matçın gedişində qonaqlar iki dəfə hesabda önə çıxsalar da, meydan sahibləri bu qolların əvəzini çıxmağı bacarıblar - 2:2.
Hazırda "Bayer" 15 xalla turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. "Verder" isə 12 xalla 9-cudur. Çempionata 20 xalla "Leypziq" başçılıq edir. İkinci yerdəki "Bavariya"nın 17 xalı və ehtiyatda bir oyunu var.