“Komsomolskaya Pravda”: “Azərbaycan öz Prezidentini seçdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində İlham Əliyevin qalib gələcəyinə heç kimin şübhəsi yox idi. Bütün azərbaycanlıların çoxdankı, ağrılı problemini həll edən Prezident bu gün xalq hörmətinin zirvəsindədir. Bu, ona verilən səslərdə də özünü göstərib”.

Bu fikirlər “Komsomolskaya Pravda” qəzetinin Azərbaycanda keçirilən prezident seçkisi haqda məqaləsində əksini tapıb.

Tarixi səsvermə prosesi

Çox adam vaxtından əvvəl səsverməyə getdi. Səhər saat 8-də 6,3 min seçki məntəqəsi açıldı və Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qeyd etdiyi kimi, tarixdə ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində səsvermə keçirilib.

Milli Elmlər Akademiyasının binasında təşkil olunmuş 8 saylı seçki məntəqəsində seçicilərin əksəriyyəti köhnə Bakı şəhərinin (onlar oranı “Qala” adlandırır) sakinləridirlər. Siyahılarda mindən çox adam qeydiyyatdan keçib. Səkkizinci məntəqə seçki komissiyasının sədri Sərdar Əliyevin dediyi kimi, səhər saat 9-a kimi onlardan yüzdən çoxu səs verib. Sonradan insan axını ancaq artmağa başlayıb.

MSK-nın rəsmi məlumatına görə, saat 10:00-a qədər 1,259 milyon vətəndaş öz seçimini edib - bütün seçicilərin demək olar ki, beşdə biridir. Günortaya qədər isə artıq 2,5 milyon insan səs verib ki, bu da təxminən 39% təşkil edib.

Seçki məntəqəsinin girişində seçicilər məcburi prosedurdan keçiblər: seçki komissiyasının əməkdaşı əvvəlcə barmağın ultrabənövşəyi şüa altında parlayıb-parlamadığını yoxladıqdan sonra sol baş barmağına görünməz mürəkkəblə xüsusi sprey vurub. Bu tədbir təkrar səsvermə cəhdlərinin qarşısını almaq məqsədi daşıyırdı. Yalnız bundan sonra insanlar şəxsiyyət vəsiqələrini göstərib bülleten alıblar.

Jurnalistlərlə ünsiyyətdə olanda onların əksəriyyəti ən azı növbəti yeddi il ərzində kimi dövlət başçısı kimi görmək istədiklərini gizlətməyiblər:

“Prezidentimiz vətəndaşlarımıza qarşı çox diqqətlidir. O, mütəmadi olaraq köhnə şəhərdə bizə baş çəkir, sakinlərlə ünsiyyətdə olur. Qonşularımın xəstə uşağı var. Onlar Prezidentə müraciət edərək kömək istəyiblər. Onlara köməklik göstərilib. O, hətta kiçik problemlərin həllinə belə kömək edir”.

Təqaüdçü Veta Əliyeva isə seçimini belə izah edib: “Mən onun insani keyfiyyətlərinə səs verdim”.

8-ci məntəqədə səsvermə prosesini Qoşulmama Hərəkatının Gənclər Təşkilatından olan üç müşahidəçi, Malavi, Mozambik və Tanzaniya vətəndaşları izləyiblər.

“Malavidə mən seçkilərdə, xüsusən 2020-ci il prezident seçkilərində işləmişəm. Mən ilk dəfədir ki, beynəlxalq müşahidəçi kimi iştirak edirəm. Azərbaycanda seçkilər həm səsvermə prosesinin sadəliyi və əlçatanlığı, həm də şəffaflığı baxımından çox yaxşı təşkil olunur. Mən burada heç bir problem görmürəm”, - deyə müşahidəçi Robert Çifundo bildirib.

Ancaq heç bir problem yox idisə, bəzi qəribəliklər var idi. Mərkəzi Muzeydə yerləşən 38 saylı seçki məntəqəsində namizədlərin adları ilə tribunaya yaxınlaşan yaşlı ər-arvad çaş-baş qalıb. “Siyahıda iki Əliyev var, bu necə ola bilər? Səhv deyilmi?” deyə Seçki komissiyasının üzvü Hacı Babayevə müraciət olunub. O, izahat verib və həmin şəxsləri arxayın edib. O, tribunaya yaxınlaşan şəxslərə “biri özünün namizədliyini irəli sürən Fuad Əliyev, digəri Prezident İlham Əliyevdir. Onlardan başqa daha beş namizəd var” deyə o bildirib.

Hacı Babayevin sözlərinə görə, bu sahə çətindir. Çünki ona təyin edilmiş seçicilərin üçdə biri dənizçidir.

“Gəmi və onun heyəti limandadır, kapitanı çağırıram: komandir, taksi çağırın, uşaqları seçki məntəqəsinə göndərin”, - Dəniz Akademiyasında müəllim işləyən Hacı Babayev danışıb.

Bu ərazidə 11 hərəkət məhdudiyyəti olan şəxs qeydiyyatdadır.

“Biz onların yanına komissiya üzvləri göndərdik, onlar da müşahidəçilərin müşayiəti ilə daşınan seçki qutularını evlərinə çatdırdılar. Özümüz isə hələ səs verməmişik. Çünki oturmağa belə vaxt yoxdur - görürsən orada nə qədər insan axını var. Yəqin ki, yalnız axşama doğru səs verəcəyik”, - seçki komissiyasının üzvü Yelena Kabbarova bildirib.

Bu gün seçicilər ayrı-ayrılıqda və bütöv ailə ilə seçki məntəqələrinə gəliblər. 35 yaşlı vəkil Cəmil Əlizadə qızı Kamilla ilə səsverməyə gəlib. 23 saylı məntəqə onun evinin yaxınlığındadır. Cəmil bəyin arvadı xəstələnib və uşağı özü ilə aparmağı xahiş edib.

“Həyatımı firavan adlandırmaq olar. Hesab edirəm ki, dövlətin müsbət sabitliyi qoruyub saxlamağı bacarması çox vacibdir. Mənim nəslim üçün bu, gələcəyə inamdır, uşaqlarımızın hansı şəraitdə böyüyəcəyini dərk etməkdir. Ona görə də kimə səs verəcəyimlə bağlı heç bir şübhəm yox idi”, - deyə Cəmil Əlizadə bildirib.

Saat 19:00-dək növbədənkənar prezident seçkilərində beş milyona yaxın insan, seçicilərin 76,7 faizi səs verib. Yarım saat sonra isə keçirdiyi brifinqdə “Oracle Advisory Group”dan Corc Birnbaum 63 min Azərbaycan vətəndaşı arasında keçirilən exit-poll məlumatlarını açıqlayıb. Araşdırmaya görə, İlham Əliyev 93,9 faiz səs toplayıb.

Brifinqdə açıqlanan məlumatlar xəbər lentlərində görünən kimi şəhər küçələrində ümummilli şənlik başlayıb. Bakıda avtomobil siqnallarının gurultusu bir neçə saat ərzində səngiməyib, onların üzərində dövlət bayraqları dalğalanıb. Meydanlar bir-birini təbrik edən vətəndaşlarla dolu olub.

Bütün Azərbaycan üçün yeddi fevral sadəcə qeyri-iş günü, seçki günü deyil, əsl bayrama çevrilib.

0.11242604255676