Ankarada terror: Partlayış və silah səsləri eşidilib

TUSAŞ-ın ("Türk Aviasiya və Kosmik Sənayesi" ASC) Ankaranın Kahramankazan rayonundakı obyektlərində partlayış və silah səsləri eşidilib.

Xeber-ps.com bu barədə "Haber Global"a istinadən xəbər verir.

TUSAŞ-ın giriş qapısında baş verən partlayışdan sonra silah səsləri eşidilib. Təhlükəsizlik səbəbindən personalın sığınacaqlara yönləndirildiyi bildirilib.

Qeyd edək ki, hadisə yerinə təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və tibbi briqadalar göndərilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə "X" hesabında məlumat paylaşaraq, hadisəni terror adlandırıb, ölənlərin və yaralıların olduğunu bildirib.

0.075296878814697