İskəndər Matraimov: “Seçkidə iştirak edən nümayəndələr üçün real imkanlar yaradıldı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstan parlamentinin heyəti Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

Xeber-ps.com-ın məlumatına görə, heyətin rəhbəri İskəndər Matraimov bildirib ki, Qırğızıstan parlamentinin, həm də MDB Beynəlxalq Assambleyasının müşahidəçisi kimi seçkidə iştirak edib:

“Seçkidə iştirak edən nümayəndələr üçün real imkanlar yaradıldı. Müşahidələrimizə əsasən deyə bilərəm ki, bütün namizədlərin hüquq və azadlıqları nəzərə alınmışdı. Bu seçkinin digərlərindən fərqi odur ki, bütün Azərbaycan ərazisində keçirildi”.

O qeyd edib ki, tənha yaşayan və seçki məntəqəsinə gedə bilməyənlər üçün könüllülər tərəfindən səyyar xidmətlər də göstərilib.

İlhamə Əbülfət

0.14142298698425