Valeri Belski: “AŞPA başqa dövlətlərin keçirdikləri seçki prosesinə fikir bildirir, ağıl öyrətmək istəyir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Parlamenti Respublika Şurasının üzvləri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər.

Xeber-ps.com-ın məlumatına görə, şuranın sədr müavini Valeri Belski bildirib ki, Azərbaycan dövləti hər zaman xoşməramlı qonşuluq münasibətlərinə və xalqlararası dostluq və əməkdaşlığa önəm verib:

“Bəzi dövlətlər Azərbaycan haqqında qeyri-obyektiv fikirlər səsləndirsələr də, biz bu fikirlərlə razılaşmırıq. Hesab edirəm ki, bu qələbə xalqın iradəsinin qələbəsidir”.

V.Belski qeyd edib ki, Qarabağda iki seçki məntəqəsində olublar:

“Seçki şəffaf keçirilib. Qarabağın dirçəlməsi və yenidən qurulması prosesində iştirak edənlərin seçkidə iştirakını xüsusilə vurğulamaq istəyirəm. Onlar səs verdikdən dərhal sonra öz işlərinə - Qarabağın bərpasına qayıdırdılar ki, bu da nəzərimizdən qaçmadı”.

V.Belski vurğulayıb ki, AŞPA başqa dövlətlərə, onların keçirdikləri seçki prosesinə fikir bildirir, onlara ağıl öyrətmək istəyir:

“Hesab edirlər ki, buna haqları var. Mən həmin insanları Azərbaycana dəvət edirəm”.

İlhamə Əbülfət

0.13728499412537